Kamran Əliyev iranlı həmkarı ilə Ermənistanın Araz çayını çirkləndirməsini müzakirə edib

Kamran Əliyev iranlı həmkarı ilə Ermənistanın Araz çayını çirkləndirməsini müzakirə edib
# 30 avqust 2022 14:16 (UTC +04:00)

Azərbaycan Baş prokuroru Kamran Əliyev iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşdə Ermənistanın Araz çayının çirkləndirməsini müzakirə edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranda səfərdə olan Kamran Əliyev iranlı həmkarı ilə görüşdə Araz çayının ekoloji durumu ilə bağlı narahatlıqlarını dilə gətirib.

"Ekoloji məsələlərə gəlincə, siz erməni həmkarınızla görüşdüyünüzü dediniz, amma Araz çayında nə qədər vicdanlı olduqlarını bilmirəm, çünki onların Araza sənaye tullantıları axıtdıqları barədə xəbərimiz var”, o deyib.

Görüşdə İran baş prokuroru Məhəmməd Cəfər Montazeri iki ölkə arasında ekoloji məsələlər sahəsində sıx qarşılıqlı əlaqə yaratmağın zərurətini vurğulayıb.

"Dörd ölkə ərazisindən keçən Araz çayında suyun çirklənməsi məsələsinə gəlincə, biz hesab edirik ki, ətraf mühitin sağlamlığı ilə bağlı yüksək səviyyədə qarşılıqlı əlaqəmiz olmalıdır. Bununla bağlı Ermənistana səfərim oldu və biz Azərbaycandan da əməkdaşlıq gözləyirik."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR