Kanada Hökumətinin administratoru Azərbaycan Prezidentinə məktub göndərib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 may 2021 16:59 (UTC +04:00)

Kanada Hökumətinin administratoru Riçard Vaqner Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri,

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından ən səmimi arzularımı çatdırıram.

Xalqlarımız arasındakı əlaqələr Kanadada fəal azərbaycanlı icmasının töhfələri ilə daha da güclənir, ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaradır. Biz, həmçinin beynəlxalq əməkdaşlığımızı, mədəniyyət, təhsil və ticarət sahələrində əlaqələrimizi, qadınlara daha geniş hüquqlar verilməsi, həmçinin hamı üçün ədalətli gələcəyin qurulması işinə sadiqliyimizi qeyd edə bilərik.

Ötən il bir çox ciddi çağırışlar yaratdı. Kanada qarşıda daha yaxşı günlərin olacağına ümid edir və biz normal həyata qayıtmağa səbirsizliklə hazırlaşarkən bütün Azərbaycan xalqına sülh və rifah diləyirik.

Ölkənizin müstəqilliyini qeyd etdiyiniz bu əlamətdar gündə bütün Azərbaycan xalqının, eləcə də Kanada azərbaycanlılarının sevincinə qoşularaq Sizi bir daha təbrik edir, daha işıqlı gələcək arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR