"Hazırda Kanak insan hüquqları ilə öyünən bir ölkə tərəfindən işğal edilib".
APA xəbər verir ki, bunu Kanak və istismar olunan işçilərin koordinatoru (Yeni Kaledoniya) Roch Manoje Haocas noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, 2021-ci ilin seçkilərinin nəticələri oğurlansa da, mübarizələrini davam etdirirlər:
"Bizim tələblərimizə qətiyyən məhəl qoyulmayıb. Hazırda da müzakirələr aparılır. Fransanın daxili işlər naziri ölkəmizə gələndə yeni neokolonizm siyasətini ortaya qoydu".