Keçmiş deputat: Qvadelupa xalqı Fransadan öz azadlığını istəyir

Keçmiş deputat: Qvadelupa xalqı Fransadan öz azadlığını istəyir
# 20 oktyabr 2023 10:57 (UTC +04:00)

"Dörd əsrdir ki, Qvadelupa Fransa müstəmləkəçiliyi altında yaşayır və Qvadelupa xalqı artıq öz azadlığını istəyir".

APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Avropa Parlamentinin keçmiş deputatı, Qvadelupa Azadlıq Hərəkatının baş katibi Jan Jakob Bisep deyib.

“Biz hər cür ədalətsizliklə üzləşirik. Torpaqlarımız, resurslarımız fransızların əlindədir. Ölkəmizin böyük torpaqlarına Fransa kolonializm nəslinin nümayəndələri nəzarət edir. Bizim gənclərimizə Fransanın göndərdiyi müəllimlər təhsil verir və daha sonra bizim gənclərimiz işsizlik və başqa səbəblərdən digər ölkələrə gedir. Bizim gənclərimiz ölkəmizi tərk edir, fransızlar isə bizim ölkəmizə gəlir. 2021-ci ildə ölkəmizdə keçirilən mitinqlərdə iştirak edənlər Fransa tərəfindən məhkəməsiz tutulub, onlar uzunmüddətli həbsə məruz qalıb. Qvadelupalılar Fransa jandarmeriyasından, onların repressiv siyasətdən əziyyət çəkirlər. Bizim vəziyyətimiz Afrikadakı ölkələrin vəziyyətinə bənzəyir, onlar da öz resurslarına sahib olmaq uğrunda mübarizə aparırlar”, - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR