KİV: Türkiyə və Rusiya liderləri Zəngəzur dəhlizini müzakirə edəcəklər

KİV: Türkiyə və Rusiya liderləri Zəngəzur dəhlizini müzakirə edəcəklər
# 07 avqust 2023 10:32 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizi də müzakirə olunacaq.

APA xəbər verir ki, bu barədə “Hürriyet” nəşri yazıb.

Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələr, Taxıl Sazişinin bərpası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də Zəngəzur dəhlizi müzakirə ediləcək.

Müzakirələrdə Suriya məsələsi də yer alacaq.

Qeyd edək ki, Putinin Türkiyəyə səfəri bu ay üçün gözlənilir. Səfərin dəqiq tarixi açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR