Bakı. Məlahət Nəcəfova-APA. ABŞ və İran arasında birbaşa hava əlaqəsi bərpa edilə bilər. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın Sivil Aviasiya Şirkəti bu barədə ABŞ nümayəndələri ilə müzakirələr aparır. Bildirilir ki, İslam inqilabına kimi Tehrandan Nyu-Yorka gündəlik reyslər həyata keçirilib.
Ötən gün İranın nəqliyyat naziri Asgar Fakriye Kaşan İranın “Boing” şirkətindən 100-dən çox təyyarə almaqda maraqlı olduğunu açıqlayıb.