Ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 579 nəfər vəzifəli cərimələnib

Ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 579 nəfər vəzifəli cərimələnib
# 26 yanvar 2016 08:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-cı ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. Məlumatda bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2015-ci ildə 1496 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrin və atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş hər iki müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. Qeyd olunub ki, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 2015-ci ildə inzibati məsuliyyətə cəlb olunmuş 579 nəfər vəzifəli şəxs və vətəndaşdan 727,2 min manat məbləğində cərimə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR