Leysan yağışlar Gürcüstanın turizm zonasında ciddi fəsadlara səbəb olub

Leysan yağışlar Gürcüstanın turizm zonasında ciddi fəsadlara səbəb olub
# 09 iyul 2016 12:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstan qərb hissəsinə yağan güclü leysan yağışları bir neçə regionda ciddi fəsadlar törədib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, evlərin birinci mərtəbəsini su basıb, ağaclar qırılıb, körpülər dağılıb, bir neçə kəndlə əlaqə kəsilib, suyun və elektrik enerjisinin verilişi dayanıb.

Yuxarı Acarıstanda körpülər dağılıb, elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb. Yerli administrasiya nümayəndəsi bildirib ki, təbii fəlakətin vurduğu ziyan 450 milyon dollara çatır.

Quriya, Sameqrelo, İmereti regionları da təbii fəlakətin fəsadları ilə üz-üzə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR