Bakı-APA. Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb. Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini Leyla Şahbazovaya məxsus evdən 9.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Baxşıyev tutulub.