Samir Şərifov Jak Şirakla vida mərasiminə qatılıb

Samir Şərifov Jak Şirakla vida mərasiminə qatılıb
# 30 sentyabr 2019 15:29 (UTC +04:00)

Azərbaycanın Maliyyə naziri Samir Şərifov Fransanın sabiq prezidenti Jak Şirakın vida mərasimində iştirak etmək üçün Parisə gedib.

APA-nın xəbərinə görə, sabiq prezident Jak Şirakla vida mərasimi Parisdəki Sent-Sulpis kilsəsində keçirilir.

Vida mərasiminə bir sıra ölkələrdən nümayəndə heyətləri qatılıb.

J. Şirak Parisdə Monparnas qəbiristanlığında böyük qızı Laurensin yanında dəfn ediləcək.

Qeyd edək ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında Parisdə vəfat edib. O, 1995-ci ildən 2007-ci ilə qədər Fransa prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR