"CitiGroup" rublu "supergəlirli valyuta" adlandırıb

"CitiGroup" rublu "supergəlirli valyuta" adlandırıb
# 03 noyabr 2016 11:59 (UTC +04:00)

Son aylar ərzində Rusiya rublunun zəifləməsinə baxmayaraq, ekspertlər qonşu ölkənin milli valyutasında olan aktivlərdən imtina etməməyi tövsiyə edir. Təkcə son 3 ay ərzində 0% dərəcəsi ilə dollar əldə edən və həmin vəsaiti rublda olan aktivlərin yatıran investorlar 7% gəlir əldə edib ki, TOP-10-a daxil olan heç bir valyuta bu səviyyədə gəlirliliyi təmin edə bilməyib. "APA-Economics" xəbər verir ki, bunu "Bloomberg"in sorğu keçirdiyi ekspertlər deyir.

Agentlik isə qeyd edir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina sentyabrın ortasında bildirib ki, ən azı ilin sonunadək tənzimləyici uçot dərəcəsini dəyişməz saxlayacaq. Bunun ardınca OPEC üzvləri sutkalıq neft hasilatının 32,5-33 mln. barrel məhdudlaşdırılması ilə bağlı razılıq əldə edib. Bu iki hadisədən sonra hec fondlar rublla açılan mövqelərin sayını üçqat artırıb.

Düzdür, son günlər neftin ucuzlaşması (son iki həftə ərazində Brent markalı neftin qiyməti 54 dollardan 46,5 dollaradək ucuzlaşıb) rublun məzənnəsinə mənfi təsir edir. Rublun məzənnəsinə Federal Ehtiyatlar Sistemi tərəfindən (FED) ilin sonunadək uçot dərəcəsinin artırılması ehtimalının yüksəlməsi də rublu zəiflədir. Buna baxmayaraq, ekspertlər rubldan imtina etməməyi tövsiyə edir.

"Ashmore" şirkətinin (şirkət inkişaf etməkdə olan ölkələrə 54 mlrd. dollar yatırım edib) baş analitiki Yan Den hesab edir ki, yuxarıda qeyd edilən risklər müvəqqəti xarakter daşıyır və investorlar rublda olan aktivlərin alışı barədə ciddi düşünməlidirlər: "Məncə dolların zəifləməsi fonunda bu il rubla lazımi qiymət veriləcək".

"Landesbank Berlin Investment" şirkətinin rəsmisi Luts Remeyer də hesab edir ki, rublda olan aktivlərdən imtina etmək məqsədəuyğun deyil: "Rublda olan aktivlər sahiblərinə yaxşı gəlir gətirir".

"Sberbank CIB" baş strateqi Tom Levinson isə qeyd edir ki, ilin sonunadək rubl kəskin möhkəmlənəcək və 1 dollar 61 rubla bərabər olacaq.

Analitiklər hesab edir ki, 2017-ci ildə rublda olan aktivlər investorlara təxminən 15% gəlir gətirəcək.

"CitiGroup Inc." isə öz hesabatında rublu "supergəlirli valyuta" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR