2018-ci ilin I rübündə “Naxçıvan Bank” ASC-nin aktivləri 149,604 mln. manata çatıb ki, bu da ötən ilin sonuncu rübü ilə müqayisədə 5,45% çoxdur.
“APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfelinin həcmi 9,69% artaraq 69,515 mln. manat təşkil edib.
Bankın depozit portfelinin həcmi 5,56% artaraq 34,370 mln. manat olub. Cəmi öhdəliklərin həcmi isə 75,806 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 9,88% artım deməkdir.
Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 67,830 mln. manat, məcmu kapital isə 73,236 mln. manat təşkil edib.
2018-ci ilin I rübündə “Naxçıvan Bank” ASC-nin gəlirləri 2 mln. 60,73 min manat, xərcləri isə 860,26 min manat təşkil edib.
Qeyd edək ki, bank bu ilin ilk 3 ayını 852,06 min manat xalis mənfəətlə başa vurub.