Bank Of Baku

Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
# 19 aprel 2018 09:01 (UTC +04:00)

Bakı-Böyük Kəsik istiqamətində 600 km yolun əsaslı təmiri çərçivəsində Muğan stansiyasında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. 

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, işlər mərhələli şəkildə davam etdiriləcək.

 

Prosesi 5 saylı İxtisaslaşdırılmış “Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

 

Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 145 yoldəyişən yenisi ilə əvəz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR