Azərbaycanda ilk özəl universitetlərindən olan Qərb Universitetinin yaranmasından 25 il ötür.
Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsası 1991-ci ildə qoyulan Qərb Universiteti 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və BMT-nin müxtəlif proqramlarının üzvüdür.
Fəaliyyət göstərdiyi müddət ərzində universitet yüksək səviyyəli mütəxəssislər hazırlayıb. Onların sırasında Heydər Əliyev Mərkəzinin və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, ADA Universitetinin Xarici Siyasət proqramının direktoru Fariz İsmayılzadə, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BP-nin London mərkəzi ofisinin Hyustondakı baş məsləhətçisi Səidə İbrahimova, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Amerikanın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, AZAL-ın Vaşinqtondakı nümayəndəliyinin direktoru Fuad Kərimov, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri Fərid Cəfərov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovu qeyd etmək olar.
1998-ci ildən Qərb Universitetində “Karyera İnkişaf Mərkəzi” fəaliyyət göstərir. “Karyera İnkişaf Mərkəzi”nin hesabatına görə, 2011-2015-ci illərdə Qərb Universiteti məzunlarının 49%-i universiteti bitirdikdən sonra işə düzəlib. Onlardan 4 %-i hərbi xidmətdədir, 19 %-i magistratura təhsili alır, 9 %-i xaricdə, Avropa və ABŞ-ın tanınmış tədris mərkəzlərində oxuyur, 3 %-i is’ xaricdə təhsil almaq üçün xarici universitetlərdən cavab gözləyir.
Universitetin məzunların;n 37 %-i dövlət, 47 %-i özəl, 16 %-i isə beynəlxalq müəssisələrdə çalışır.
100-dən çox yüksək səviyyəli müəllimin çalışdığı Qərb Universitetinin 5 fakültəsində 36 ixtisas üzrə əyani və qiyabi bakalavr, magistr, doktorantura, dissertantura və əlavə ali təhsil verilir.