Azərbaycan ərazisində faktiki hava açıqlanıb

Azərbaycan ərazisində faktiki hava açıqlanıb
# 17 oktyabr 2016 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, 16 oktyabr gündüz saatlarından 17 oktyabr səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakı-ADA (avt.st) 43 mm, Bakıda 24 mm, Əhmədli, Maştağada 15 mm, Bayıl yamacı, Montində 12 mm, Qumyataq, Binədə 10 mm, Sumqayıt, Zabratda 9, Pirallahı, Çilov adasında 5, Ələtdə 3 mm olub.


Böyük Qafqazda: Şinçay HMM-da 42, Şəkidə 34, Qalacıq (İsmayıllı), Kürmükçay-İlisuda (Qaxbaş) 32, Oğuzda 30, Qaxmuğal MM, Sarıbaşda (Qax) 29, Kişçayda (Şəki) 27, Balakəndə 26, Qaxda 24, Zaqatala, Qəbələ, Xaltanda 18, Şamaxıda 14, Qubada 13, Altıağacda 12, Mərəzə, İsmayıllıda 9, Nabranda 7, Xaçmazda 5, Şirvanda 1 mm təşkil edib. Yağan leysan yağışlarla əlaqədar Balakənçay, Talaçay, Kürmükçay və Kişçayda sululuq artıb.

Kiçik Qafqazda: Göygöldə 2, Gədəbəy, Daşkəsəndə 1mm, Qazax-Gəncə zonasında:Tovuzda 12, Köçəsgərdə 9, Ağstafada 7, Düz Qışlaq, Dağ Kəsəməndə 5, Ağdamda 3, Ceyrançöl, Naftalan, Gəncə, Hacıkənd, Şəmkirdə 1-2 mm olub.

Mərkəzi Aran rayonlarında: Tərtər, Göyçayda 3, Ağsuda 2, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Qazıməmməddə 1mm, Lənkəran-Astara zonasında: Lənkəranda 81, Göytəpədə 20, Astarada 16, Lerikdə 11, Rvarudda 7, Yardımlıda 6, Biləsuvarda 1 mm təşkil edib.


Qar örtuyünün hündürlüyü Böyük Qafqazın dağlıq və dağətəyi rayonlarında Xınalıqda 18, Qonaqkənddə 11, Qırızda 7, Susay, Rük MM-da 6, Ləzədə 5, Nohurdüzündə 4, Xaltanda 3, Altıağacda 2, Sarıbaşda (Qax) 3 sm olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR