Ombudsmanın əməkdaşları Bakı İstintaq Təcridxanasına başçəkmə keçiriblər

Ombudsmanın əməkdaşları Bakı İstintaq Təcridxanasına başçəkmə keçiriblər
# 26 avqust 2016 15:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsmanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı BİT-in kameralarına baxışlar keçirilib, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, sovqat, görüş və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə daxilində 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib.

Qəbul edilmiş şəxslərin qaldırdıqları bir-sıra məsələlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə İstintaq təcridxanalarının daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi və saxlanılan şəxslərin müraciətlərinin təmin olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR