Milli Məclisin deputatları ABŞ Milli Təhlükəsizlik Şurasının xüsusi nümayəndəsi ilə görüşüb

Milli Məclisin deputatları ABŞ Milli Təhlükəsizlik Şurasının xüsusi nümayəndəsi ilə görüşüb
# 17 iyun 2023 13:26 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov ABŞ-da səfərdədirlər.

APA-nın xəbərinə görə, nümayəndə heyəti səfər çərçivəsində Milli Təhlükəsizlik Şurasının Cənubi Avropa və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Metyu Eussenlə görüşüb.

Səməd Seyidov bildirib ki, Metyu Eussen ilə səmimi və məhsuldar müzakirə aparılıb: “Məqsədimiz ABŞ ilə strateji tərəfdaşlığı davam etdirmək və regionda davamlı sülhə nail olmaqdır. Əminəm ki, biz bunu edə bilərik”.

Qeyd edək ki, səfərdə çərçivəsində deputatlar ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçiriblər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Səfər iyunun 17-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR