Milli Məclisin sədri Türkiyə xalqına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova

© APA | Milli Məclisin sədri Sahibə Qafarova

# 21 avqust 2022 12:32 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

APA xəbər verir ki, Sahibə Qafarova bu barədə tviter hesabında yazıb.

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - Milli Məclisin sədri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR