Son 10 ildə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Son 10 ildə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
# 02 mart 2016 08:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il Məhkəmə-Hüquq Şurasının (MHŞ) fəaliyyətə başlamasının 10 ili tamam olub.

APA-nın məlumatına görə, MHŞ-nin iclasında bildirilib ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb.

İnsan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb. Kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR