Azərbaycan prezidenti Masallıda binaların təmirinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Masallıda binaların təmirinə 3 milyon manat ayırıb
# 05 sentyabr 2016 16:26 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR