Moskvada Azərbaycan və Rusiya baş nazirləri arasında görüş keçirilib - FOTO

Moskvada Azərbaycan və Rusiya baş nazirləri arasında görüş keçirilib - FOTO
# 25 oktyabr 2019 14:21 (UTC +04:00)

Moskvada Azərbaycanın Baş Naziri Əli Əsədov və Rusiyanın Baş Naziri Dmitri Medvedev arasında ikitərəfli görüş keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə Azərbaycanla Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə çıxış edən D. Medvedev azərbaycanlı həmkarını yeni vəzifəyə təyin olunmağı münasibəti ilə təbrik edib. O bildirib ki, Ə. Əsədov hər zaman Rusiyanın kömək və dəstəyinə ümid bəsləyə bilər.

Rusiya Baş Naziri ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, son zamanlar iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 25 faiz artıb ki, bu digər MDB ölkələri ilə Rusiya arasında ən yaxşı göstəricidir.

Təbrikə görə rusiyalı həmkarına təşəkkürünü bildirən Ə. Əsədov “Skolkovo” texnoparkında yaradılan yüksək şəraitdən danışıb. Azərbaycanın Baş Naziri burada yaradılan innovasiya imkanlarından ikitərəfli və çoxtərəfli əməkdaşlıqda istifadə edilməsi təklifinin öz bəhrəsini verəcəyini vurğulayıb .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR