Moskvada MDB İqtisadi Şurasının 91-ci iclası keçirilib - FOTO

MDB İqtisadi Şurasının 91-ci iclası

© APA | MDB İqtisadi Şurasının 91-ci iclası

# 24 sentyabr 2021 14:19 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 91-ci iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Belarus Respublikasının sədrliyi ilə keçirilən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Nümayəndə heyətləri əvvəlcə məhdud tərkibdə görüşüblər.

MDB İcraiyyə komitəsinin icraçı direktoru Sergey Lebedev qeyd edib ki, iclasda MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətinə dair 22 məsələ müzakirə olunacaq.

Geniş tərkibdə keçirilən iclasın iştirakçıları dəmir yolu nəqliyyatının strateji inkişaf Konsepsiyası, innovasiyalar sahəsində dövlətlərarası əməkdaşlıq proqramının icrası üzrə Kompleks Plan, həmçinin Yerin təkinin kəşfiyyatı, istifadəsi və qorunması üzrə Hökumətlərarası Şuranın fəaliyyəti, Neft-qaz maşınqayırması sahəsində Əməkdaşlıq Konsepsiyasının icrası üzrə Təxirəsalınmaz Tədbirlər Planının yerinə yetirilməsi, MDB orqanlarının vahid büdcəsinin icrası və s. layihələrə dair məsələləri müzakirə ediblər.

İclas çərçivəsində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Baş nazirinin müavini İqor Petrişenko arasında ikitərəfli görüş keçirilib.

Tərəflər Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə ikitərəfli əlaqələr, MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının dekabrın 10-da Moskvada keçilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR