Nazir: Azərbaycan-Gürсüstan-Türkiyə arasında Bakı Bəyannaməsi imzalanıb

Nazir: Azərbaycan-Gürсüstan-Türkiyə arasında Bakı Bəyannaməsi imzalanıb
# 15 mart 2024 11:19 (UTC +04:00)

Azərbaycan-Gürсüstan-Türkiyə gündəliyi çoxşaxəli və nümunəvidir.


APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cü üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

"Üç ölkə arasındakı münasibət çox yüksək səviyyəli siyasi dialoqa malikdir. Qanunverici orqanlar, dövlət qurumları arasındakı əməkdaşlıq və digər məsələlər siyasi dialoqa töhfə verir. Bu gün bir daha ölkələr arasında regional əməkdaşlıq məsələləri müzakirə edildi. Əlaqələrin daha da möhkəmləndirilməsinə bu gün imzalanan Bakı Bəyannaməsi töhfə verəcək", - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR