Nazir bəzi fransalı deputatların münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini bildirib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 16 sentyabr 2021 17:36 (UTC +04:00)

Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Nazir bu barədə Azərbaycanın iradını qarşı tərəfin diqqətinə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR