Nazir: Qarabağda yaşayan ermənilərə təhlükəsizlik zəmanəti verilməsi tələbi qeyri-zəruridir

Nazir: Qarabağda yaşayan ermənilərə təhlükəsizlik zəmanəti verilməsi tələbi qeyri-zəruridir
# 23 iyun 2023 12:38 (UTC +04:00)

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə təhlükəsizlik zəmanətlərinin verilməsi tələbi qeyri-zəruridir və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir.

APA xəbər verir ki, bunu "Reuters"ə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Biz bir çox səbəblərə görə, belə bir ön şərti qəbul etmirik. Ən fundamental məsələ budur: bu, daxili, suveren məsələdir. Azərbaycan konstitusiyası və Azərbaycanın tərəf olduğu bir çox beynəlxalq konvensiyalar bu əhalinin hüquqları üçün zəruri olan bütün şərtləri təmin edir", - nazir deyib.

Ceyhun Bayramov qeyd edib ki, etnik ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olduqları zaman digər etnik azlıqlar kimi də öz dillərində təhsil ala, öz mədəniyyətlərini qoruya biləcəklər.

Nazir sülh danışıqlarında müəyyən irəliləyişin olduğunu da əlavə edib. Qeyd edib ki, Ermənistan müəyyən addımlar atarsa sülh razılaşması əldə edilə bilər.

"Əgər sadəcə bəyanatlar deyil, həm də praktiki addımlar atılması üçün iradə olarsa, düşünürəm ki, razılaşmanın əldə edilməsi hətta bu ilin sonunadək potensial olaraq mümkündür", - nazir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR