Lənkəranda tikilməkdə olan ev yanıb

Lənkəranda tikilməkdə olan ev yanıb
# 31 mart 2017 21:28 (UTC +04:00)

Lənkəranda iki otaqlı ev yanıb.

 

APA-nın  cənub bürosunun verdiyi məlumata  görə, hadisə rayonun Şiləvar kəndində qeydə alınıb.

 

Kənd sakini Nadir Nəsirova məxsus, tikilməkdə olan bağ evində naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın nəticəsində ev tamamilə yanıb.

 

Ev sahibi evdəki əşyaların oğurlandığını, evə qəsdən od vurulduğunu iddia edir. Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR