Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
# 15 aprel 2017 10:10 (UTC +04:00)

Aprelin 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı  ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz  16-18° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  norma daxilində  760 mm civə sütunu,nisbi rütubət    gecə 75-85 %, gündüz 60-70 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR