Rio-2016: Azərbaycan snayperi 15-ci olub

<span style="color: red;">Rio-2016:  Azərbaycan snayperi 15-ci olub
# 06 avqust 2016 20:28 (UTC +04:00)

Bakı-APA. Bu gün Rio-2016-da güllə atıcılığı yarışı başlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiadanın ikinci günündə qadın və kişi snayperlər 10 m məsafədən hədəfi nişan alıblar.

Zəriflərin yarışında mübarizə aparmadığımızdan, start xəttinə bu növdə yeganə həmyerlimiz Ruslan Lunyov çıxıb. Pnevmatik tapançadan dəqiqliyini yoxlayan idmançımız üçün təsnifat mərhələsi uğursuzluqla başa çatıb. Belə ki, ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub.

Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər.

Qeyd edək ki, Lunyov avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR