Ötən il dövlət büdcəsinə 387 mln. manatdan artıq gömrük rüsumu daxil olub

Ötən il dövlət büdcəsinə 387 mln. manatdan artıq gömrük rüsumu daxil olub
# 22 yanvar 2016 08:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 591 mln. 907,43 min manat təşkil edib.

"APA-Economics"in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81 mln. 148,39 min manat və ya 5,37% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 387 mln. 379,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 101 mln. 155,34 min manat, aksizlər üzrə 83 mln. 588,73 min manat, yol vergisi üzrə isə 19 mln. 783,56 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR