Boliviyada 7,5 ton kokain müsadirə edilib

Boliviyada 7,5 ton kokain müsadirə edilib
# 02 avqust 2016 00:16 (UTC +04:00)

Bakı-APA. Boliviyanın hüquq-mühafizə orqanları Çili ilə sərhəddə 7,5 ton kokain müsadirə edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Boliviyanın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə xüsusi bölməsinin rəhbəri Santyaqo Delqadilyo bəyan edib.

“Müsadirə olunan narkotik maddələrin qiyməti 379 milyon dollar təşkil edir. Əməliyyat hazırlıq 10 ay ərzində aparılıb, 3 nəfər həbs edilib”, deyə S. Delqadilyo bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Boliviyada 20,6 ton, cari ilin əvvəlindən isə 22,5 ton kokain müsadirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR