Sultanəhməd meydanındakı terrorla əlaqədar 1 nəfər saxlanılıb

Sultanəhməd meydanındakı terrorla əlaqədar 1 nəfər saxlanılıb
# 13 yanvar 2016 13:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında baş verən terror aktı ilə bağlı 1 nəfər saxlanılıb.

APA-nın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala almaniyalı həmkarı Tomas de Mayzire ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, hadisədən bir həftə əvvəl İŞİD üzvü olduğu ehtimal edilən 220 nəfərin saxlanıldığını bildirib. Nazir xatırladıb ki, hadisə zamanı 10 nəfər ölüb. 11 nəfər isə xəstəxanadadır: "İlk mərhələdə yaralıların sayı 17 idi. Onlardan 6-sı evə buraxılıb. 11 nəfərdən 9-u Almaniya, biri Norveç və biri də Peru vətəndaşıdır. Almanlardan ikisinin vəziyyəti hələ ciddi olaraq qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR