Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
# 25 sentyabr 2019 10:59 (UTC +04:00)

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Azərbaycana səfər edəcək.

APA-nın “Sputnik Özbəkistan” saytına istinadən verdiyi xəbərə görə, Özbəkistan Prezidenti gələn ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak edəcək.

Qeyd edək ki, Türk Şurasının 7-ci Zirvə toplantısı oktyabrın 14-15-də Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR