Pakistan səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - FOTO

Pakistan səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - FOTO
# 27 oktyabr 2023 11:50 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Sara İcaz çıxış edib.

O, bu günün Pakistan üçün vacib olduğunu vurğulayıb.

Pakistanlı diplomat bildirib ki, Cammu və Kəşmirin öz müqəddəratını təyin etməsi BMT qətnamələrində də əks olunub.

O deyib ki, Cammu və Kəşmirdə təzyiq, məhkəmələrdən kənar həbslər baş verir, o, buranı açıq hava həbsxanası ilə müqayisə edib:

“Burada soyqırımı törədilməsi barədə, vəziyyətin getdikcə pisləşməsi barədə Beynəlxalq Ədalət Məhkəməsi xəbərdarlıq edib”.

Diplomat qeyd edib ki, hazırda Cammu və Kəşmirdə 700 000 hind qüvvəsi var:

“Yüz minlərə kəşmirli hind qüvvələri tərəfindən müxtəlif səbəblərdən qətlə yetirilib. Burada vəhşiliklər törədilir, insan haqlarının pozulması halları baş verir ki, bütün bunlar beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.

O əlavə edib ki, Hindistanda ksenefobiya və islamafobiya geniş yayılıb və Hindistandakı mövcud hökumət bu siyasəti təşviq edir. Pakistan və Hindistan arasında hər hansı münaqişə regional və qlobal səviyyədə ağır nəticələr verə bilər.

Pakistanlı diplomat Azərbaycan xalqını və hökumətini Qarabağın tamamilə azad olunması münasibətilə təbrik edib: “Azərbaycan İƏT-in Kəşmirlə bağlı komitəsinin fəal üzvüdür və buna görə Azərbaycana təşəkkür edirik”.

Tədbirdə Pakistan Prezidenti Arif Alvi və Baş nazir Anvaar-ul-Haq Kakarın "Kəşmirin Qara Günü" ilə bağlı müraciəti oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR