Bakı. Etibar Məmmədov - APA. NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Vaqif Mursaqulov sədrlik etdiyi prosesdə şikayət təmin olunmayıb.
Vəkil onu da deyib ki, müdafiə etdiyi şəxs məhkəməyə məktubla müraciət edərək barəsində seçilən həbs qəimkan tədbiri haqda qərardan narazı olmadığını bildirib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.