Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının Palm-Sprinqs şəhərində polis əməkdaşları atəşə tutulub, onlardan ikisi ölüb, daha biri isə yaralanıb.
APA-nın “Desert Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, hücum edənlər hələlik saxlanılmayıblar. İnsidentin detalları açıqlanmır. Hadisə şahidləri pulemyotdan açılmış 20-dək atəş səsini eşitdiklərini bildiriblər. Onlardan birinin sözlərinə görə, hadisədən əvvəl bir kişi psixi problemləri olan oğlunun polislərə atəş açmaq istədiyini bildirərək yardım istəyib.