Rusiya XİN rəhbərinin müavini: "Fransa prezidentinin BMT TŞ-də veto hüququnun məhdudlaşdırılması ideyasını zərərli sayırıq"

Rusiya XİN rəhbərinin müavini: "Fransa prezidentinin BMT TŞ-də veto hüququnun məhdudlaşdırılması ideyasını zərərli sayırıq"
# 30 iyun 2015 11:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov çıxış edib.

O bildirib ki, BMT sistemindəki süni məhdudiyyətlər dünyada gərginliyin artmasına gətirib çıxara bilər.

“Veto hüququ imtiyaz deyil, qəbul olunan qərarların balanslaşdırılmasının təminatıdır. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması ilə bağlı ideyaları zərərli sayırıq. Daimi üzvlərin nizamnamə səlahiyyətlərinin qorunub saxlanılmasına tərəfdarıq, cünki veto hüququnu hansısa üstünlük kimi deyil, böyük məsuliyyət kimi nəzərdən keçiririk”, - deyə o vurğulayıb.

Qeyd edək ki, insan haqlarının kobud pozulması, soyqırımı və digər hallarda BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun könüllü şəkildə məhdudlaşdırılması təşəbbüsü ilə Fransa prezidenti Fransua Olland çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR