Ekoloji Turizm Şurasının ilk iclası keçirilib

Ekoloji Turizm Şurasının ilk iclası keçirilib
# 20 sentyabr 2016 09:38 (UTC +04:00)

Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin daxil olduğu Ekoloji Turizm Şurasının ilk iclası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekologiya və təbii sərvətlər, gənclər və idman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin yer aldığı Ekoloji Turizm Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iclasda iştirak edib.

 

Tədbirdə Şuranın Əsasnaməsinin qısa zamanda hazır olacağı, Şuranın yaradılmasının məqsəd və məramı, qarşıda duran məsələlər, təbiət turizmi sahəsində nəzərəçarpacaq artımın olduğu, turizmin genişləndiyi, təbiətə kütləvi axının baş verdiyi bir vaxtda təbiətlə münasibətdə düzgün yanaşmanın vacibliyi, qarşıya çıxan problemlərin aradan qaldırılması, təbiətə qayğıkeş münasibəti formalaşdıran tərbiyəvi tədbirlərin görülməsinə ehtiyacın olması, gələcəkdə turizmin inkişafı sahəsində birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi məsələlərinə toxunulub.

 

İclasda həmçinin, ekoturizm marşrutlarının pasportlaşdırılması, Milli Parklarda və meşə ərazilərində marşrut sxemlərinin hazırlanması, marşrutlar üçün texniki təchizatın lazımı səviyyədə təmin edilməsinin vacibliyi, təhlükəsizlik tədbirlərinin görülməsi barədə fikir mübadiləsi aparılıb. Ekoloji Turizm Şurasının üzvü olan şirkət nümayəndələri qısa müddətdə qeyd olunan sahələr üzrə təkliflərini hazırlayaraq Şuranın katibliyinə təqdim edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR