Gürcüstanda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək

Gürcüstanda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
# 19 yanvar 2016 19:45 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Sabah Gürcüstanda Bakıda baş verən 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin gün Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan silsilə tədbirlərdə 20 Yanvar faciəsində həlak olan şəhid soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq və şəhid ailələrinə baş çəkiləcək.

20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər azərbaycanlıların kompakt yaşadığı Qaraçöp, Kvemo Kartli bölgələrində Azərbaycan səfirliyinin, Gürcüstanın dövlət və hökumət rəsmilərinin, gürcü və azərbaycanlı ziyalıların iştirakı ilə keçiriləcək.

Yanvarın 20-də Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində isə Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR