Ağcabədidə İslam Həmrəyliyi Oyunları ilə bağlı su festivalı keçirilib

Ağcabədidə İslam Həmrəyliyi Oyunları ilə bağlı su festivalı keçirilib
# 15 aprel 2017 11:44 (UTC +04:00)

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin davamı olaraq Ağcabədidə su festivalı keçirilib. 

 

APA-nın Qarabağ  bürosunun verdiyi məlumata görə, rayondakı Ağgöl Milli Parkında göldən səhəngə su doldurulub. Su səhəngi axşam keçiriləcək Su festivalında təqdim ediləcək.

 

Mirzə Fətəli Axundov adına 3 saylı məktəbdə davam etdirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. 

 

Tədbir axşam Heydər Əliyev meydanında təşkil olunan Su Festivalı konsert proqramı ilə yekunlaşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR