Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcu elektron qaydada ödəniləcək

Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcu elektron qaydada ödəniləcək
# 18 avqust 2016 23:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

APA-nln məlumatına görə, dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlərlə əlaqədardır.

İndiyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcu barədə məlumatın verilməsinə dair elektron xidmət təqdim edib. Dəyişikliyə əsasən bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsinə dair elektron xidmət təqdim edəcək. Başqa sözlə, dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcu bu xidmət vasitəsi ilə elektron qaydada ödənilə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR