Putin: "Rusiya Türkiyə ilə əlaqələrin tam formatda bərpasına çalışır"

Putin: "Rusiya Türkiyə ilə əlaqələrin tam formatda bərpasına çalışır"
# 16 avqust 2016 12:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri hər iki tərəfin əlaqələrin bərpası üzərində işləməyə hazır olduğunu göstərdi".

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə Soçidə baş tutan görüşü zamanı deyib.

O bildirib ki, Rusiya Türkiyə ilə tam formatlı əlaqələrin bərpasına çalışır.

V. Putin Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpasında vasitəçiliyə görə Qazaxıstan prezidentinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR