Hacıqabul. Zeynallı - APA. Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 07 radələrində Bakı-Qazax yolunun 149-cu kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb.
"VAZ 2109" markalı, 27 BN 928 dövlət nömrə nişanlı avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində Mingəçevir sakini, 1986-cı il təvəllüdlü Əsədov Müşfiq Asif oğlu və Ağdaş rayonu Dəhnə kənd sakini, 1991-ci il təvəllüdlü Tağıyev Elnur Fariz oğlu müxtəlif bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.