Bakıda və Şəmkirdə ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 70 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Şəmkir rayonunun Yuxarı Seyfəlli kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Evin 2 otağının lambirdən ibarət tavanı 45 m2 sahədə, digər otağın tavanı 6 m2 sahədə yanıb.
Hər iki yanğın söndürülüb.