® Samsung Curved TV qonaq otağınızın interyer dizaynına tam yeni görünüş bəxş edir

<font color=red>® </font> Samsung Curved TV qonaq otağınızın interyer dizaynına tam yeni görünüş bəxş edir
# 08 avqust 2016 13:58 (UTC +04:00)

Samsung Curved TV televizorları – izləyicinin imkanlarını nəzərə çarpacaq dərəcədə genişləndirən nəfis dizayn və innovasiya toplusunun mükəmməl ahəngidir.

Samsung Curved TV – dünyada ilk çərçivəsiz qövsvari ekranlı televizor olub, seyr zamanı tamaşaçıya inanılmaz təəssüratlar bağışlayır.

Televizorun çərçivəsini təsvirin sərhədi kimi qəbul etməyə adət etmişik. Amma, son nəsil Samsung Curved TV konsepsiyalı qövsvari ekranlı televizorlarda çərçivənin inanılmaz dərəcədə nazik olması ekranda baş verənlərə tam qərq olmağa imkan verir və görünüşün qəbul edilməsində məhdudiyyət yaratmır. Bu televizorlar üçün ideal nümunə olaraq yeni nəsil K seriyalı Samsung Curved FHD TV-ni göstərmək olar.

Televizorların bir çoxu yalnız ekran səmtindən gözə görümlü sayılır. Elə bu da bizi onun arxa üzünü gizlətmək məqsədilə divar önündə qoymağa vadar edir.

Curved TV, televizorun interyerdə yeri haqqında təsəvvürləri bütünlüklə dəyişir. O, televizorun dizaynına incəlik qatan detalsız arxa panellə təchiz olunub. Zövqlü və sadə, yeni Curved TV daha divar qarşısında dayanmağa məcbur deyil: o, elə qurulub ki, istəkdən asılı olaraq otağın tən ortasında da yerləşdirilə bilər.

Curved TV-nin dayağı o qədər incə və nazikdir ki, seyr zamanı ekrandakı görüntü sanki havada süzür. Televizorun dayaqda durmasından və ya divara bərkidilməsindən asılı olmayaraq onun qövsvariliyi vizual olaraq diqqət mərkəzinə çevrilir və hər bir küncü hamarlaşdırır.

Samsung Curved TV qonaq otağınıza minimalistik bəzək əlavə edəcək və interyerinizə zərifliklə vurğulanmış dəbdəbə qatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR