1 Avqust – 30 Sentyabr 2016 -cı il tarixində keçirilən “VTB ( Azərbaycan ) müştəriləri Hesab.az-da qazanır” stimullaşdırıcı lotereya qalibləri müəyyən olundu. Lotereyanın final mərhələsi 10 oktyabr 2016-cı il tarixdə “QoldenPey” ofisində baş tutub.
Final mərhələdə 1 nəfər mətbuat nümayəndəsi də daxil olmaqla, müxtəlif vəzifədən olan 5 nəfərdən ibarət tiraj komissiyası üzvləri də iştirak edib. Qalibləri müəyyən etmək üçün 1246 biletdən ibarət olan bütün iştirakçıların məlumatları sisteminə daxil edilib. Təsadüfi seçim proqramı vasitəsi ilə iştirakçılar arasından 5 nəfər qalib şəxs müəyyən edilib. Qalib gəlmiş müştərilər bu barədə e-mail vasitəsi ilə məlumatlandırılıblar.
Lotereya şərtlərinə əsasən VTB plastik kartları ilə Hesab.az portalında, hər 10 AZN ödəniş edən bank müştərisi 1 lotereya bileti qazanırdı. Qeyd edək ki, biletləri yalnız “Kommunal xidmətlər”, “Mobil operatorlar”, “İnternet”, “Televiziya”, “Naxçıvan”,”Əyləncələr” bölmələrində ödəniş edən istifadəçilər əldə edə bilərdi.
Lotereyada qalib gəlmiş şəxslər öz mükafatlarını 30 iş günü müddətinə ala biləcəklər. Qaliblərin siyahısı və lotereyada iştirak etmiş bilet nömrələrinin yoxlanılması üçün bu linkə keçid etməyiniz lazımdır: https://www.randompicker.com/protocol/359825x15096
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.