Prezident İlham Əliyev Pakistan liderinə başsağlığı verib

Prezident İlham Əliyev Pakistan liderinə başsağlığı verib
# 27 avqust 2022 11:29 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib.

APA xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR