Bank Of Baku

Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis olunur

Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis olunur
# 19 aprel 2018 14:03 (UTC +04:00)

Azərbaycanda ədliyyə sisteminə həsr olunan xüsusi medal təsis edilir.

 

APA-nın məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” adlı layihə təqdim olunub.

 

Layihəyə əsasən bu medalla öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

 

Layihə Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR