İranın daha bir aviaşirkəti “Boeing” təyyarələri sifariş edib

İranın daha bir aviaşirkəti “Boeing” təyyarələri sifariş edib
# 04 aprel 2017 12:33 (UTC +04:00)

Tehranda ABŞ-ın “Boeing” və İranın “Aseman” aviaşirkəti arasında “Boeing-737 Max” tipli 60 yeni təyyarənin alınmasına dair saziş imzalanıb. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bundan öncə İran Aviasiya Şirkəti (“İran Air”) “Boeing”dən 80 yeni təyyarə alacağına dair sənəd imzalayıb. 

 

Bu təyyarələr “İran Air” aviaşirkətinə 2018-ci ildə təhvil veriləcək. 
 

Qeyd edək ki, “Aseman”la “Boeing” arasında danışıqlar 1 il davam edib. İmzalanmış müqaviləyə əsasən “Boeing” təyyarələri 2019-cu ildən etibarən “Aseman” şirkətinə təhvil verəcək.  
 

İmzalanmış müqaviləyə əsasən, “Boeing” qarşı tərəfə texniki dəstək də verəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR