Qadınların biznes layihələrində iştirakına dair milli fəaliyyət planı hazırlanır

Qadınların biznes layihələrində iştirakına dair milli fəaliyyət planı hazırlanır
# 31 yanvar 2022 10:24 (UTC +04:00)

“Münaqişələrlə bağlı qadınların iştirakçılıq səviyyəsi məsələni həll etmir. ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi bunu təcrübəni görmüşəm. Məsələnin həlli üçün hansısa təkan lazımdır”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B.Muradova deyib ki, mövcud vəziyyətdə yeni standartlara, Azərbaycan tərəfindən şəkilləndirilmiş arxitekturaya uyğun addımların atılması lazımdır: “Uşaq və qadın reabilitasiya mərkəzlərinin öncədən yaradılmasını, qadınların biznes layihələrində fəal iştirakı vacibdir. Azərbaycan hökuməti bu məsələləri nəzərə alaraq, 2022-2026-cı il üçün müvafiq milli fəaliyyət planı hazırlayır. Dövlət Komitəsi BMT-nin müvafiq strukturlarının tövsiyələrini nəzərə alaraq bu layihənin də üzərində işləyir və yaxın zamanlarda təqdim edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR