Qazaxıstanda TDT-nin yubiley sammiti keçiriləcək

Qazaxıstanda TDT-nin yubiley sammiti keçiriləcək
# 26 oktyabr 2023 21:28 (UTC +04:00)

Qazaxıstanda Türk Dövlətləri Təşkilatının X yubiley sammiti keçiriləcək.

APA "Astana Times"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) X yubiley sammiti keçiriləcək.

Tədbir türk xalqları arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş üzv və müşahidəçi dövlətlərin liderlərinin böyük görüşü olacaq.

Sammitdə TDT-yə üzv dövlətlər - Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri iştirak edəcək.

Sammitə həmçinin təşkilatadakı müşahidəçi dövlətlərin - Macarıstan və Türkmənistanın liderləri də qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR